Başına `butılka` vurub öldürüldü - Kafedə qanlı hadisə


17:06     19 İyul 2017 download%20(9).jpg

Xaçmaz sakinini döyüb öldürən şəxs saxlanılıb.


Femida.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, iyun ayının 18-də Xaçmaz şəhər sakini Əlihüseyn Əzizli insult diaqnozu ilə xəstəxanaya gətirilib və orada ölüb.

Araşdırmalar zamanı cari il iyun ayının 17-də Xaçmaz şəhərindəki kafelərdən birində şəhər sakini Sərxan İsmayılovun münaqişə zəminində Ə.Əzizlinin baş nahiyəsinə şüşə qabla (butılka) xəsarət yetirməsi müəyyənləşib.

S.İsmayılov Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən tutulub.

Femida.az

Açar sözlər:

Oxunub: 1111